» » Nazir müavini: Bu il də 50 faizdən çox rezident təyinatla regionlara göndərilib

Nazir müavini: Bu il də 50 faizdən çox rezident təyinatla regionlara göndərilib

Müəllif: Səma Zərdablı
//
Tarix: 19 dekabr 2019
//
Bölmə: Sosial

Hər il noyabr-dekabr aylarında rezidentlərin bölgələrə təyinatı olur. Keçən il rezidentlərin 60 faizi regionlara göndərilib.
Qafqazpress.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Səhiyyə nazirinin müavini Rahim Əliyev deyib.
Onun sözlərinə görə, bu il də 50 faizdən çox rezident təyinatla regionlara göndərilib:
“İstər inkişaf etmiş, istərsə də, inkişaf etməmiş ölkələrdə regionlarda həkim qıtlığı dövlətin problemidir. Həkimlərin regionlarda qalması üçün əlimizdən gələni edirik. Bir müddət əvvəl stimullaşdırıcı tədbirlər gördük. Maaşdan əlavə onlara həvəsləndirici məbləğ verilirdi və evlə təmin olunurdular”.
Nazir müavini qeyd edib ki, belə bir proqramın yenidən həyata keçirilməsini gözləyirik:
“Hələ ki, bu tədbirlər təsdiqlənməyib. Bölgələrə təyinat alan rezidentlər üç il müddətində məcburi olaraq orada fəaliyyət göstərməlidirlər. Kimsə işləyə bilirsə qalır, qalmaq istəməyəni isə məcbur edə bilmərik. Çünki artıq müqaviləsi bitir. Amma yeni rezidentlər həmin bölgələrə göndərilir”.
banner125x125 banner125x125