Ramiz Mehdiyevin oğlu Kəmaləddin Heydərova müavin təyin olundu
Prezident İlham Əliyev Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun müavinlərinin sayının artırılması ilə bağlı sərəncam verib.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı sərəncamda bildirilir ki, Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə”də “dörd müavini” sözləri “altı müavini” sözləri ilə əvəz edilib.
Qeyd edək ki, Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev prezidentin sərəncamı ilə Kəmaləddin Heydərovun müavini təyin olunub.
Eyni zaman prezidentin digər sərəncamı ilə millət vəkili, Tibb Universitetinin rektoru Əhliman Əmiraslanovun oğlu Tapdıq Əmiraslanov fövqəladə hallar nazirinin müavini təyin edilib.
Qeyd edək ki, T. Mehdiyev 1973-cü il təvəllüdlüdür. O, Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini vəzifəsini tutudu.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR