» » Kəmaləddin Heydərov Bəşir Atalaya medal verdi

Kəmaləddin Heydərov Bəşir Atalaya medal verdi

Müəllif: Sevinc Novruzova
//
Tarix: 05 iyun 2014
//
Bölmə: Mədəniyyət
Kəmaləddin Heydərov Bəşir Atalaya medal verdi


Türkiyə baş nazirinin müavini Bəşir Atalay Azərbaycan Fövqəladə Hallar Nazirliyi tərəfindən təltif edilib.

ANS PRESS-in məlumatına görə, baş nazir müavininə "Xidmət Medalı"nı Qəbələdə keçirilən fəlakət riskinin idarə olunması üzrə VII Beynəlxalq konfrans çərçivəsində Azərbaycan fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov təqdim edib.

Nazir Kəmaləddin Heydərov qeyd edib ki, iki qardaş ölkə-Türkiyə və Azərbaycan beynəlxalq platformalarda uğurlu əməkdaşlıq edirlər. Bütün sahələrdə olduğu kimi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində də əlaqələr ən yüksək səviyyədədir.

Qonaqpərvərliyə görə təşəkkürünü bildirən Türkiyə baş nazirinin müavini yüksək səviyyədə keçirilən beynəlxalq konfransın böyük əhəmiyyətini qeyd edib, qardaş Azərbaycanın dilbər guşələrindən biri olan Qəbələdə aparılan quruculuq işlərindən məmnunluğunu ifadə edib.

Bəşir Atalay vurğulayıb ki, Türkiyənin Van şəhərində baş vermiş zəlzələ zamanı da ilk yardıma yetişən ölkə Azərbaycan olub. O, ümidvar olduğunu bildirib ki, iqtisadi və sosial sahələrdə inamla irəliləyən və qüdrətli dövlətə çevrilən Azərbaycan ilə Türkiyə birlikdə daha böyük nailiyyətlər əldə edəcək, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində təcrübə mübadiləsi daha da genişlənəcək.


QafqazPRESS.az
banner125x125 banner125x125