» » Politoloq: "Dağlıq Qarabağ ermənilərinin təbii qazla təmin edilməsi məsələsi geosiyasətlə toqquşa bilər"

Politoloq: "Dağlıq Qarabağ ermənilərinin təbii qazla təmin edilməsi məsələsi geosiyasətlə toqquşa bilər"

Müəllif: Sevinc Novruzova
//
Tarix: 20 may 2014
//
Bölmə: Siyasət
Politoloq: "Dağlıq Qarabağ ermənilərinin təbii qazla təmin edilməsi məsələsi geosiyasətlə toqquşa bilər"

ra getməsi mümkün deyil, ona görə də müəyyən müddət fasilə verildikdən sonra Ermənistandan tələb olunacaq ki, Rusiya qazının Ermənistandan kənara - Dağlıq Qarabağa nəqlinin qarşısı alınmalıdır. Müəyyən müddət fasilə dedikdə, bir neçə ay nəzərdə tutulur. Çox böyük ehtimalla qarşıdan gələn qışda Dağlıq Qarabağ Rusiyadan gələn qazdan məhrum olacaq. Bu isə artıq Dağlıq Qarabağda yeni vəziyyətin yaradılması deməkdir".

Politoloq hesab edir ki, Dağlıq Qarabağ erməniləri bu vaxtadək apardıqları siyasətin puç olduğunu başa düşəcəklər, yaranmış təşviş doğuran vəziyyət Ermənistana və dünya ermənilərinə də təsir edəcək. Çünki bu ərəfədə İran qazının Dağlıq Qarabağa nəql olunması da mümkün deyil: "Əvvəla, İranın və Ermənistanın özünün qaz nəqli infrastrukturu yoxdur. Ermənistandakı qaz kəmərləri şəbəkəsi Rusiyaya məxsusdur. Rusiyanın imzaladığı qaz müqaviləsində bu da nəzərdə tutulub. İkincisi, rəsmi Bakı ilə münasibətlərə ciddi ehtiyac duyan rəsmi Tehranın indi belə addım atması mümkün deyil. Bundan əlavə, İran Ermənistandakı layihələrini də dayandırmağa başlayıb. Dağlıq Qarabağ ermənilərinin qışda təbii qazla təmini yalnız bir halda mümkündür - Azərbaycan öz ərazisindən Rusiya qazının tranzitinə icazə verməlidir. Bu mümkün variantdır. Azərbaycanla Rusiya arasındakı münasibətlər Rusiya qazının indiki infrastruktur vasitəsilə Dağlıq Qarabağa nəqli üçün müvəqqəti razılaşmanın əldə olunmasına imkan verir. Ermənistanın Dövlət Gəlirləri Komitəsinin yaydığı məlumatda "naməlum ölkə"yə qaz ixracından danışılır. Onlar Dağlıq Qarabağa "naməlum ölkə" adı ilə indi qaz ixrac edə bilsələr də, yaxın gələcəkdə bu mümkün olmayacaq".




QafqazPRESS.az
banner125x125 banner125x125