Ermənilər 3 rayon iddiasını təkzib etdi
Bir neçə gün öncə azərbaycanlı hərbi ekspert Üzeyir Cəfərov ölkə mətbuatına səs alan açıqlama ilə çıxış etdi.
Keçmiş hərbçi Ermənistan Silahllı Qüvvələrinin Ağdam, Cəbrayıl və Füzuli rayonlarından geri çəkiləcəyi ilə bağlı açıqlama verdi: “Təbii ki, bu, hələlik iddia olaraq qalır, ancaq alınan xəbərə görə, Ermənistan bu haqda öz razılığını verib. Bu razılığın alınmasında Rusiyanın böyük rolu olduğu bildirilir. İndi rəsmi Bakının “bu oyuna” başlayacağı hələ sual altındadır, çünki Rusiyanın məqsədi öz sülhməramlı qüvvələrini 2015-ci ildə Azərbaycana yerləşdirməkdir, bu isə müstəqilliyin itirilməsinə doğru gedən addımdır. Sızan məlumata görə, digər işğal edilən rayonların qaytarılması məsələsi sülməramlı qüvvələrin gəlişindən sonra baş tuta bilər”.
İddiaların nə dərəcdə doğru olub-olmadığını müəyyən etmək üçün Modern.az saytı erməni mətbuatını bir neçə gün ərzində izləyib. Düşmən ölkənin jurnalistləri xəbəri Azərbaycanın növbəti yalanı kimi dəyərləndirirlər. Ayrı-ayrı yazılarında onlar Üzeyir Cəfərovun açıqlamasını “nağıl” adlandıraraq “arzuların gerçəklik kimi” qələmə verilməsi sayırlar. Onların fikrincə, Dağlıq Qarabağ ətrafında yerləşən rayonların, o cümlədən Ağdam, Cəbrayıl və Fizulinin azad olunması Dağlıq Qarabağın statusunun müəyyən olunması ilə birbaşa əlaqəlidir. Ona görə də hər hansı iqtisadi maraqlar müqaviblində Azərbaycana qaytarıla bilməz. Bundan başqa, erməni jurnalistlər Üzeyir Cəfərova regiona sülhməramlı qüvvələrin yerləşdirilməsi üçün bütün tərəflərin razılığının olmasının vacibliyini xatırladıblar. Sonda erməni jurnalistlər Ağdam, Füzuli və Cəbrayıl rayonlarının Dağlıq Qarabağın müdafiə sistemində önəmli vasitə olduğunu vurğulayaraq ərazinin boşaldılacağı təqdirdə bu sistemin çökəcəyini qeyd ediblər. Onların fikrincə, Ermənistan rəhbərliyi heç bir halda bu addımı atmaqda maraqlı ola bilməz.
Qeyd edək ki, Ermənistan rəsmiləri bu iddia ilə bağlı hələ ki heç bir açıqlama ilə çıxış etməyiblər.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR