“İlham Əliyev Putinə məktub göndərib” - Novruz Məmmədov
"Prezident İlham Əliyev prezident Putinə, Nazarbayevə və Lukaşenkoya məktub göndərib”.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov rəsmi Tvitter səhifəsində qeyd edib.
PA rəsmisinin sözlərinə görə, prezidentlərə məktubda Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlük məsələsi ilə bağlı Azərbaycanın mövqeyi bildirilib.
Qeyd edək ki, Azərbaycan prezidenti Qazaxıstanda yaradılan Avrasiya İqtisadi İttifaqına müraciət edib. Bunu ölkə prezidenti Nursultan Nazarbayev bildirib.
Nazarbayevin fikrincə, Azərbaycan Ermənistanın Avrasiya İqtisadi İttifaqına Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olduğu sərhədlər çərçivəsində qoşula biləcəyini qeyd edib.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR