İlham Əliyev Sarkisyanın cavabını verdi
Ermənistan prezidenti Serj Sarkisyan Praqada keçirilən “Şərq Tərəfdaşlığı” sammitində çıxışı zamanı Türkiyənin ünvanına səsləndirdiyi ittihamlara Azərbaycan prezidenti İlham Əliyev cavab verib.
ANS PRESS-in məlumatına görə, bu barədə Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov “Twitter” səhifəsində yazıb.
O, qeyd edib ki, dövlət başçısı Türkiyənin sammitdə təmsil olunmamasından istifadə edildiyini deyib.
“Bilirsiniz ki, Türkiyə burada təmsil olunmur, istifadə edirsiniz. Amma mən buradayam, sizə cavab verirəm!”.
N.Məmmədov qeyd edib ki, Ermənistan prezidentinin çıxışını Türkiyəyə hücuma həsr edib. "Şərq tərəfdaşlığı sammitində Sarkisyan bütün çıxışını qondarma soyqırımla bağlı sərsəm mülahizələri ilə Türkiyəyə hücuma həsr etdi".
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR