Qaraçını sürüyən turist yox, velosipedçi olub- Polis
Bir neçə gün əvvəl “Bakıda turist qaraçını sürüdü” başlığı ilə mətbuatda dərc olunan və böyük rezonansa səbəb olan informasiya ilə bağlı yeni faktlar ortaya çıxıb. Həmin məlumatlar mediada yayıldıqdan sonra Bakı Şəhər Baş Poliz İdarəsi müvafiq araşdırmalar aparıb.
Araşdırmalarla bağlı idarədən "Qafqazinfo" ya bildirilib ki, qaraçı uşağı sürüyən heç də mətbuatda yazıldığı kimi turist yox hər gün şəhərdə həmin ərazidə olan velosipedçi bir gənc olub: "Baş vermiş hadisə ilə bağlı kamera qeydləri təhlil olunub. Məlum olub ki, həmin şəxs bir qrup gənclə ərazidə velosiped sürürmüş. Qaraçı uşaq ona yaxınlaşaraq velosipedden nəysə oğurlayıb. O, uşağı polisə aparmaq istəsə də qaraçı yerə oturub və getmək istəməyib. Ətrafdakı insanların müdaxiləsindən sonra o, uşağı sərbəst buraxıb. Dünən həmin ərazi nəzarətdə olub. Biz velosipedçini bütün hallarda axtarırıq ki, məsələni aydınlaşdıraq".
İdarədən o da bildirilib ki, sözügedən xəbəri mediada yayan blogger Mehman Hüseynov Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunub: "Mehman Hüseynova xəbərdarlıq ediləcək ki, bu kimi məlumatları yayarkən faktları dəqiqləşdirsin".
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR