GƏNC OĞLANIN METRODA "KORONAVIRUS ZARAFATI" HAMINI QORXUTDU - VİDEO
Rusiyanın paytaxtı Moskva şəhərində gənc oğlanın metroda zarafatı dünya mətbuatında gündəm olub.
Həmin şəxs metroda qatara daxil olub.
Onun ağzında maska olub. Maskalı gənc birdən yerə yıxılıb və titrəməyə başlayıb. Əvvəlcə ona kömək etmək istəyiblər.
Lakin o, koronavirusa yoluxduğunu bildirib.
Bundan sonra digər sərnişinlər ondan qaçmağa başlayıblar. Həmin video qısa müddət ərzində sosial şəbəkələrdə və xarici mətbuatda yayılıb.
Görüntülər böyük rezonansa səbəb olub. Bundan sonra Rusiya polisi hərəkətə keçib.
Araşdırmalar zamanı həmin şəxsin Aleksey Popov olduğu müəyyənləşib.
O saxlanılıb. Aleksey polisə verdiyi ifadədə məqsədinin zarafat etmək olduğunu deyib.
Haqqında hüquq çərçivəsində tədbirlər görüləcəyi bildirilib.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR