“Mən onlarla fəxr edirəm” - Əli Həsənov
Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov mediada çap edilən araşdırmada onun ailəsinə məxsus biznes qurumlarının olması iddialarını təsdiqləyib.
"Qafqazinfo" xəbər verir ki, Əli Həsənov BBC Azərbaycancaya bildirib ki, Azadlıq Radiosunun yazdığı şeylərin hamısı doğrudur və o, ailəsinin malik olduğu adı çəkilən şirkətlərlə fəxr edir.
Daha sonra Əli Həsənov qeyd edib ki, şirkətlər ailəsinin alın təri, zəhməti ilə yaradılmış qurumlardır:
“Onların bəzisinin fəaliyyəti var, bəzisinin fəaliyyəti yoxdur. Sadəcə firma olaraq mövcuddur. Mənim oğlum da, xanımım da o firmaları yaradıb və onların da faəliyyəti ilə məşğuldurlar”.
Bu baxımdan cənab Həsənov “utanmağa, çəkinməyə heç bir əsası” olmadığını qeyd edib.
Qeyd edək ki, iyunun 24-də AzadlıqRadiosunun saytında çap edilən araşdırmada deyilir ki, Ə. Həsənovun ailəsinin adı ilə təhsil və hazırlıq kursları, radio, qəzet, prodakşn fəaliyyət göstərir.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR