Müdafiə Nazirliyi: "Cəbhədə atəşkəs rejimi 33 dəfə pozulub"
“Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 33 dəfə pozulub”
APA-nın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyi mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.
Məlumata görə, erməni silahlı bölmələri dünən və ötən gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində və Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Baş Qərvənd, Kəngərli, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Qaraxanbəyli, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR