"Ordumuz Şuşaya nəfəs qədər yaxındır" - Ali Baş Komandandan MÜJDƏ
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev noyabrın 2-də Türkiyənin sabiq Baş Naziri Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Qafqazpress.az xəbər verir ki, görüşdə maraqlı anlar yaşanıb. Belə ki, B.Yıldırım "Hamıya maraqlıdır. Şuşada vəziyyət necədir?" deyə sual verib. Prezident İlham Əliyev cavabında bildirib ki, Azərbaycan ordusu Şuşaya nəfəs qədər yaxındır:
"Biz ərazi şəraitinə görə çox diqqətli davranırıq. Ermənistana davamlı olaraq silah və hərbi texnika gəlir. İndiyə qədər 300-dən çox tankı və 8 ədəd S300 müdafiə sistemini məhv etdik. Bunlar S400-dən biraz zəifdir. Bu silahları Gürcüstan üzərindən sınadılar və bacarmadılar. Bu silahları mülki təyyarələrlə daşıdıqlarını bilirik. Bu mövzuda beynəlxalq qurumlara da müraciət etdik, amma nəticəsi olmadı".
Metbuat.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR