» » “Qarabağla bağlı masada artıq Türkiyə də var" - General Yücel Karauz

“Qarabağla bağlı masada artıq Türkiyə də var" - General Yücel Karauz

Müəllif: Səma Zərdablı
//
Tarix: 04 noyabr 2020
//
Bölmə: Sosial
“Qarabağla bağlı masada artıq Türkiyə də var" - General Yücel Karauz


''27 illik haqsız işğaldan sonra, Ermənistanın 12 iyul tarixində Tovuz bölgəsinə hücumu nəticəsində başlayan hadisələr bu gün Azərbaycana qələbə sevincini yaşadır.''
Bu fikirləri Metbuat.az-a özəl müsahibəsində Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib.
Hərbi ataşe deyir ki,Türkiyə hər zaman işğal olunmuş torpaqların qaytarılmasında səy göstərməyə hazırdır. ''1994-cü ildən bəri Azərbaycan Minsk qrupunun problemin həllinə müsbət töhfə vermədiyi halda sülh çərçivəsində məsələnin həlli üçün kifayət qədər şans verdi. Ermənistan beynəlxalq hüquqa zidd olaraq işğal olunmuş Azərbaycan ərazilərində terror təhlükəsi yaratmaqda davam etdiyi bir dövrdə Türkiyədə Qafqazda sülh və təhlükəsizliyə zəmin yaratmaq üçün qətiyyətli bir şəkildə masada olduğunu ifadə etdi''.
Minsk üçlüyünün uzun müddət davam edən uğursuz siyasətinin faydasız olduğunu deyən Yücel Karauz bildirdi ki, bu məqsədlə də Türkiyə, Azərbaycanın ərazi bütövlüyünün qorunmasını təmin etməyə hazır olduğunu söyləyərək masada söz sahibi olmaq istədiyini açıq aşkar ifadə edib.
''Azərbaycan və Türkiyə Rusiyanın da iştirakı ilə dialoqu bərpa etmək üçün addımlar atdı. Bir neçə gün əvvəl Cevevrədə həm xarici işlər, həm də müdafiə nazirləri və dövlət başçıları səviyyəsində aparılan danışıqlarda məsələnin qırmızı xəttləri cızılaraq sülh və dialoq yolu ilə həll edilməli olduğu bildirilib.
İşğal olunmuş torpaqların azad edilməsi diplomatik və sülh yolu ilə həll olunmazsa, Cənab Ali Baş Komandan İlham Əliyev və müzəffər Azərbaycan ordusu BMT-nin qərarlarını həyata keçirərək, Böyük Vətən müharibəsini qələbə ilə tamamlayıb ərazi bütövlüyünü təmin edəcəkdir.
83 milyon Türkiyə xalqı, duaları və bütün imkanları ilə Azərbaycanın yanında olmağa hazırdır. Zərurət yarandığı təqdirdə, Ali Baş Komandan prezident İlham Əliyevin də dediyi kimi bir dövlət bir millət fəlsəfəsi ilə birlikdə addım atmağa hazırdır ''

“Qarabağla bağlı masada artıq Türkiyə də var" - General Yücel Karauz

“Qarabağla bağlı masada artıq Türkiyə də var" - General Yücel Karauz

“Qarabağla bağlı masada artıq Türkiyə də var" - General Yücel Karauz
POPULYAR SON XƏBƏR GÜNDƏM DİGƏR
banner125x125 banner125x125