» » “Erməni soyqırımı” ilə bağlı Milli Məclis adından müraciət ünvanlanmalıdır

“Erməni soyqırımı” ilə bağlı Milli Məclis adından müraciət ünvanlanmalıdır

Müəllif: Sevinc Novruzova
//
Tarix: 14 iyun 2016
//
Bölmə: Siyasət
“Erməni soyqırımı” ilə bağlı Milli Məclis adından müraciət ünvanlanmalıdır









Millət vəkili Qənirə Paşayeva parlamentin iyunun 14-də keçirilən növbədənkənar iclasında çıxışı zamanı əhalisinin yarısı azərbaycanlı olan İrandan Ermənistanla münasibətlərdə həssas davranmasını gözlədiklərini bildirib.

Millət vəkili İrandan fərqli və həssas davranış gözləməyimizin də təbii olduğunu deyib.

“Biz İran rəsmilərinin Azərbaycanın daxili işlərinə qarışmamasını da gözləyirik. Ermənistanla bağlı məsələdə də İrandan fərqli addımlar gözləyirik.

İrandakı azərbaycanlıların sayına və İranın dövlət ideologiyasına görə rəsmi Tehranın işğalçı Ermənistanla münasibətlərində fərqli davranmasını gözləməyimiz təbiidir”-deyə millət vəkili sözlərinə əlavə edib.

Millət vəkili çıxışında həmçinin, qondarma “erməni soyqırımı” barədə qətnamə qəbul edən Almaniya Bundestaqına Milli Məclis adından müraciət ünvanlanmasını təklif edib.

Q. Paşayeva deyib ki, Türkiyə parlamentində təmsil olunan əsas partiyalar adından Bundestaqa qondarma “erməni soyqırımı” barədə qətnamənin qəbuluna görə etiraz ünvanlanıb.

Bu baxımdan, millət vəkili Milli Məclis adından da Bundestana belə bir müraciətin qəbul olunmasının əhəmiyyətli olacağını vurğulyaıb.
banner125x125 banner125x125