» » Gülər Əhmədovanın səhhəti pisləşdi

Gülər Əhmədovanın səhhəti pisləşdi

Müəllif: Sevinc Novruzova
//
Tarix: 05 may 2014
//
Bölmə: Siyasət
Gülər Əhmədovanın səhhəti pisləşdi


Bakı Apellyasiya Məhkəməsində sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə baxışı zamanı hakimlər ilkin baxış məhkəməsinin qərarının baxılmadan saxlanması barədə qərarlarını açıqlayıblar.

Prosesdə sabiq millət vəkilin vəkilləri çıxış ediblər. Fazil Nemətov G.Əhmədova barəsində 178.2.3 maddəsinin və prokurorluğa təqdim olunan video ilə bağlı məlumat verib.
"Kiminsə ambisiasına görə dövlət qarşısında xidmət edən G.Əhmədovanı dəmir barmaqlıqlar arxasına salmaq düzgün deyil. 307.2 maddəsində ittiham aktı, 178.2.3 maddəsində isə zərərçəkən şəxs olmadığına görə onun barəsində bəraət hökmü çıxarılsın".

Əfsər Talıbova söz verilən zaman G.Əhmədova özünü piss hiss etdiyini deyib. Məhkəmədə fasilə elan edilib. Vəkillərin məlumatına görə, təcili tibbi yardım çağırılıb və ona yardım göstərilir.

Saat 11:51
Bu gün Bakı Apellyasiya Məhkəməsində sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə baxışı olub. ANS PRESS-in məlumatına görə, iclas hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilib.

Vəkil Əfsər Talıbov yekun baxış iclasının qərarından Ali Məhkəməyə kasassiya şikayəti verdiklərini deyib. Müdafiə tərəfi şahidlərin hamısının dindirilmədiyini, ilkin baxış iclasının qərarına əməl olunmadığını iddia edərək etiraz əlaməti olaraq kassasiya şikayəti verib.
Məhkəmə Kollegiyası isə ərizə ilə bağlı icraata sorğu təqdim edildiyini bildirib. Sorğunun mətni bu gün açıqlanacaq.

Xatırladaq ki, 2013-cü il, dekabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Milli Məclisin sabiq üzvü G.Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib.
Qərara əsasən, sabiq deputat cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkir.

Fəliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra G.Əhmədova deputat mandatından imtina etmişdi. O onun barəsində həbs-qətimkan tədbiri seçilmişdi.

G.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə) maddələri ilə təqsirlli bilinib.



QafqazPRESS.az
banner125x125 banner125x125