» » “Müstəntiqin aldığı 4 500 manat...” - DİN-dən rəsmi açıqlama

“Müstəntiqin aldığı 4 500 manat...” - DİN-dən rəsmi açıqlama

Müəllif: Sevinc Novruzova
//
Tarix: 04 noyabr 2016
//
Bölmə: Siyasət
“Müstəntiqin aldığı 4 500 manat...” - DİN-dən rəsmi açıqlama










Daxili İşlər Nazirliyi sələmçi kimi təqdim olunan Elza Qəhrəmanova, Dostuxanım Cabbarova və Aynur Yusifovanın mütəşəkkil şəkildə birləşərək Nəzakət Hüseynovaya və Şüküfə Zamanovaya böhtan atması, polis əməkdaşlarının isə məsələyə qərəzli yanaşması barədə qarşı tərəfin şikayəti əsasında “Qafqazinfo”da yayımlanan yazıya rekasiya verib.

Nazirliyin Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə “Qafqazinfa”ya açıqlamasında bildirib ki, Bakı şəhər sakinləri Nəzakət Hüseynova və Şüküfə Zamanovanın guya, əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilmələri məsələsinə nazirliyin aidiyyatı baş idarəsində baxılıb.

Müəyyən olunub ki, Dostuxanım Cabbarova ötən ilin oktyabrında Yasamal RPİ-yə ərizə ilə müraciət edərək tanışı Nəzakət Hüseynovanın elə həmin ilin fevral-mart aylarında girovda olan qızıllarının götürülməsi ilə əlaqədar özü də daxil olmaqla 6 qadından müxtəlif adlarla təqribən 28,5 min manat alaraq dələduzluq etdiyini bildirib.

Faktla bağlı Yasamal RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4 maddələri ilə cinayət işi başlanılıb. İstintaq orqanı tərəfindən Dostuxanım Cabbarova, Aynur Yusifova və digər xanımlar zərərçəkmiş şəxs qismində tanınaraq dindirilib, şahid ifadələri alınıb, Nəzakət Hüseynova ilə üzləşdirmə və digər istintaq hərəkətləri keçirilib. Nəzakət Hüseynova həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilib.

Bundan başqa, zərərçəkənlərdən Aynur Yusifova da 05.03.2016-cı il tarixdə Yasamal RPİ-yə ərziə ilə müraciət edərək 2015-ci ilin dekabr ayından 10 nəfər qadınla hər ay 500 manat olmaqla lotereya oynadıqlarını, iştirakçılardan Şüküfə Zamanovanın iki oyundan yığılan məbləğin 8.000 manatını ələ keçirdiyini, sonradan isə lotereya pulunu verməkdən imtina etdiyini bildirib.

Rayon prokurorluğu tərəfindən toplanmış material üzrə Cinayət Məcəlləsinin 178.2.2 maddəsi ilə cinayət işi başlanılıb, araşdırılması RPİ-nin İstintaq şöbəsinə həvalə edilib. Əvvəlcə Şüküfə Zamanova cinayət törətməkdə şübhəli şəxs qismində tutulub və sonra CM-nin 178.2.2. maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilib.

Orxan Mansurzadə əlavə edib ki, məsələdə müstəntiqin aldığı kimi göstərilən 4.500 manat əslində Ş.Zamanovanın zərərçəkənlərə qaytarmalı olduğu 8.000 manatlıq vəsaitin yarıdan çoxudur ki, həmin məbləğin ödənilməsi istintaq hərəkətləri nəticəsində mümkün olub. Məhz buna görə zərərçəkmiş şəxslər ərizə ilə müraciət edərək dəymiş ziyanın qismən ödəndiyini, hazırda Ş.Zamanovaya qarşı şikayət və tələblərinin olmadığını bildiriblər.

Bu yaxınlarda hər iki cinayət işinin istintaqının yekunlaşdırılaraq məhkəmə baxışına göndərilməsi nəzərdə tutulur.

Xatırladaq ki, özlərini sələmçi kimi təqdim olunanların qurbanları adlandıran bir neçə şəxs bununla bağlı yürüş keçirmək qərarına gəlmişdilər. Onlar hətta Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova müraciət edərək küçə yürüşü keçirilməsi üçün razılıq verilməsini istəyiblər.
banner125x125 banner125x125