Gəncədə nə baş verib? - Yenilənib
Bu gün Gəncə şəhərində əmək yarmarkası keçirilməsi planlaşdırılıb.
Şəhər İcra hakimiyyətinin təşkil etdiyi yarmarkaya gözləniləndən çox insan gəlib. Yeni Azərbaycan Partiyasının Gəncə təşkilatında keçirilməsi planlaşdırılan yarmarka təxirə salınıb. Buna görə yerli əhali ilə polis arasında qarşıdurma olub və saxlanılanların olduğu bildirilir.
***
Gəncə şəhər İcra Hakimiyyətindən “Qafqazinfo”ya verilən xəbərə görə isə bu gün Əmək və Əhalinin Soalial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Gəncə şəhər Məşğulluq Mərkəzi tərəfindən əmək yarmarkası təşkil edilib. Yarmarkada 60 idarə və müəssisə tərəfindən 746 iş yeri təklif olunub. Lakin müraciət edənlərin sayının həddindən artıq çox olduğu, həmçinin ətraf rayonlardan çoxlu sayda vətəndaş müraciət etdiyi üçün gözlənilmədən anlaşılmazlıq baş verib.
Bunu nəzərə alaraq, Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən əhaliyə elan olunub ki, yaxın günlərdə növbəti böyük əmək yarmarkası keçiriləcək.
Onu da qeyd edək ki, yaxın günlərdə Gəncə şəhərində 40 ədəd 5 mərtəbəli və 9 mərtəbəli binanın fasad təmiri həyata keçiriləcək. Həmçinin, hazırda Gəncə şəhərində Flarmoniya, İmamzadə kompleksi, 39 saylı orta məktəb, Avtomobil zavodunun yaşayış binaları və bu qəbildən çoxlu sayda yerlərdə tikinti təmir işləri həyata keçirilir. Bununla da 5 mindən çox vətəndaş işlə təmin olunub. Yaxın günlərdə də yeni iş yerləri ilə bağlı böyük yarmarkanın elanı açıqlanacaq. Bu günkü yarmarka təxirə salınmayıb, 318 fəhlə, 248 qulluqçu, 185 nəfər isə xidmət işçisi işlə təmin olunub. Sadəcə ətraf rayonlardan olan vətəndaşlarında müraciət etdiyi üçün anlaşılmazlıq yaranıb. Çünki bu yarmarka yalnız Gəncə şəhər sakinləri üçün idi.
***
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə "Qafqazinfo"ya bildirib ki, sözügedən yarmarkada polislə sakinlər arasında heç bir qarşıdurma olmayıb və saxlanılan da yoxdur.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR