Mübariz Mənsimov Yalçın Rzazadəni ziyarət etdi - FOTO
“Uşaqlıq illərindən gördüyün, izlədikləri adamların əbədi yaşamasını istəyir insanoğlu. Sanki onlara bir şey olarsa, sehr pozulacaq, şirin röyadan ayılacaq imişsən kimi gəlir. Yalçın Rzazadə də bizim üçün heç vaxt itirmək istəmədiyimiz dəyərlərdəndir”.
Qafqazpress.az xəbər verir ki, bu sözləri Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamı Mübariz Mənsimov sosial şəbəkədə bir neçə gün əvvəl əməliyyat olunan Xalq artisti Yalçın Rzazadə haqqında danışarkən deyib. Yalçın Rzazadəni ziyarət edən iş adamı instaqramda birgə fotolarını paylaşıb. O, sənətçiyə olan ürək sözlərini belə ifadə edib:
“Dəyərli sənətkarım, Xalq artisti Yalçın bəy, Allah sizə can sağlığı versin. Dəyərli qonağım, uşaqlığımın ən gözəl mahnılarının ifaçısı... Sizi ayaqda görmək məni çox sevindirdi. Xalqın dəyərli sənətkarı, Allah sizi başımızdan əskik etməsin! Sizi dinlədikcə gəncliyimizə, sanki uşaqlıq illərinə geri dönürük. Fərqli duruşunuzla, gözəl səsinizlə hər zaman səhnəmizi bəzədiniz. “Bakı, sabahın xeyir” mahnısını bu gün belə dinlədikcə sanki o sabahı yaşamış oluram. Çox sevinirəm ki, sizin sağlamlığınızla bağlı probleminizə dərhal reaksiya verildi və bu gün siz burada ən yaxşı həkimlərin nəzarətindəsiniz. Allah sizə şəfa versin, ustad! Hər zaman var olun! Keçmişi olmayanın, gələcəyi olmaz”.
Məlumat üçün bildirək ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Xalq artisti Yalçın Rzazadənin səhhəti ilə bağlı məsələləri fond öz nəzarətinə götürüb.
Bildirilib ki, səhhətində son zamanlar yaranmış narahatlıqlarla əlaqədar müğənni Heydər Əliyev Fondunun dəstəyi ilə tam müayinə və müalicə kursu keçəcək.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR