» » Xalq rəssamı vəfat etdi

Xalq rəssamı vəfat etdi

Müəllif: Səma Zərdablı
//
Tarix: 20 dekabr 2019
//
Bölmə: Mədəniyyət

Görkəmli qrafika ustası, Azərbaycan Respublikasının Xalq rəssamı, Əməkdar rəssam, professor Cəmil Müfidzadə vəfat edib.

C.Müfidzadə bu gün 86 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Cəmil Miryusif oğlu Müfidzadə 24 fevral 1934-cü ildə Naxçıvanın Ordubad rayonunda anadan olub.
O, qrafika sənətinin fərgli texnikalarından yaradıcılıqla istifadə edib. Rəssamın Polşa (1972), Azərbaycan (1977, 1985, 1986, 1994, 2006, 2009), Rusiya (1977), İran (1992, 2003), Fransa (1991) və Türkiyədə (1998) fərdi sərgiləri təşkil olunub.
Onun əsərləri Azərbaycan Dövlət İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qaleriyasında, Şərq xalqları Dövlət İncəsənət Muzeyində (Moskva), Maksim Qorkinin mənzil-muzeyində (Moskva), P. Lüdviqin muzeyində (Almaniya), Ulan-Bator İncəsənət Muzeyində (Monqolustan), Fransa və digər ölkələrin şəxsi kolleksiyalarında qorunub saxlanılır.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında "Qrafika" kafedrasına rəhbərlik edən Cəmil Müfidzadə "Ofort" adlı dərsliyin müəllifidir.
Cəmil Müfidzadəyə Azərbaycan təsviri sənətinin inkişafındakı xidmətinə görə 1982-ci ildə Əməkdar rəssamı, 2002-ci ildə isə Xalq rəssamı fəxri adları verilib./report/
Allah rəhmət eləsin!
banner125x125 banner125x125