Azərbaycanda general-mayor vəfat edib
Azərbaycan Silahlı Qüvvələrinə itki üz verib.
Uzun sürən xəstəlikdən sonra istefada olan general-mayor Əli İmran oğlu Kazımov 2016-cü il oktyabr ayının 26-da 60 yaşında vəfat edib.
Əli İmran oğlu Kazımov 17 fevral 1956-cı ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Nürgüd kəndində anadan olub.
1973-cü ildə Bakı şəhərindəki 8 nömrəli orta internat məktəbini bitirdikdən sonra S.M.Kirov adına Qırmızıbayraqlı Xəzər Ali Hərbi-Dəniz Məktəbinə daxil olub və şturman fakültəsini müvəffəqiyyətlə başa vuraraq "mühəndis - şturman" ixtisasına yiyələnib.
Azərbaycan Respublikası Müdafiə nazirinin 25 fevral 1996-cı il tarixli əmri ilə Ə.İ.Kazımova "1-ci dərəcəli kapitan" və Azərbaycan Respublikası Prezidentinin 25 may 1998-ci il tarixli əmri ilə "general-mayor" ali hərbi rütbəsi verilib.
Sonralar Müdafiə nazirinin məsləhətçisi, Müşavirlər qrupunun müşaviri, İnspektorlar qrupunun inspektoru vəzifələrində xidmət edən general-mayor Əli İmran oğlu Kazımov 17 oktyabr 2014-cü ildə xəstəliyə görə istefaya buraxılıb.
Mənbə: Qafqazinfo.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR