Xalq artistinin oğlu şəhid olub
“Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, Xalq artisti Əli Nurun oğlu qəhrəmancasına şəhid olub”.
Qafqazpress.com xəbər verir ki, bu sözləri Azərbaycan teatr və kino aktrisası, əməkdar artisti Vəfa Zeynalova özünün “facebook” səhifəsində yazıb. O bildirib ki, Xalq artistinin oğlu baş leytenant Rövşən Nurzadə Şuşanın işğaldan azad olunması uğrunda aparılan döyüşlərdə canından keçib: “Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru Azər Paşa Nemətovun və kollektivimizin adından hörmətli Əli Nura və onun doğmalarına başsağlığı verir, şəhid zabitimizə Allahdan rəhmət diləyirik. Ruhu şad olsun! Torpaq Rövşən kimi oğullarla Vətən olur! Bütün şəhidlərimizin əbədi və əziz xatirəsi qarşısında baş əyirik!”.
Yeniavaz.com
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR