» » Alimlər Gəncədə toplandı

Alimlər Gəncədə toplandı

Müəllif: Sevinc Novruzova
//
Tarix: 12 may 2014
//
Bölmə: Mədəniyyət
Alimlər Gəncədə toplandı



Gəncədə mərhum prezident Heydər Əliyevin 91 illiyinə həsr edilən respublika elmi-praktik konfrans keçirilib.

AzVision.az-ın məlumatına görə, Gəncə şəhərində Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilən “Müasir biologiya və kimyanın aktual problemləri” mövzusunda respublika elmi-praktik konfrans keçirilib.

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Gəncə Şəhər İcra Hakimiyyəti və Gəncə Dövlət Universitetinin birgə təşkilatçılığı, eləcə də respublikanın tanınmış alimlərinin iştirakı ilə keçirilən konfrans öz işinə görkəmli dövlət xadimi Heydər Əliyevin abidəsini ziyarət etməklə başlayıb, iştirakçılar abidə önünə gül dəstələri qoyublar.

Heydər Əliyev Mərkəzinin böyük iclas salonunda keçirilən elmi-praktik konfransı giriş sözü ilə Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov açaraq ulu öndərin Azərbaycan xalqı qarşısında gördüyü misilsiz işlərdən danışmış və demişdir ki, bu gün bütün sahələrdə olduğu kimi respublika elminin inkişafında qazanılan hər bir uğurda ümummilli liderin xidmətləri var.

Ölkəmizdə elmi potensialın gücləndirilməsi üçün bir sıra sərəncamlar imzalayan ulu öndər bu sahənin inkişafını daim nəzarətdə saxlayıb. İkinci dəfə siyasi hakimiyyətə gələn dahi rəhbər Azərbaycan təhsilinin inkişafına xüsusi önəm vermiş, müstəqil respublikamızın dünya ölkələrinə inteqrasiyası üçün savadlı və intellektual səviyyəli kadr hazırlığının vacibliyi barədə tapşırıqlar verib. Bu gün iftixarla demək olar ki, görkəmli dövlət xadiminin arzuları gerçəkləşmiş, Azərbaycan elmi və təhsili sürətlə inkişaf etməyə başlayıb.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Nizami Hacıyev, Azərbaycan Respublikası Təhsil nazirinin müşaviri İlham Pirməmmədov, AMEA-nın Gəncə Bölməsinin akademik katibi Fuad Əliyev, Bakı Ali Neft Məktəbinin prorektoru Rəna Mustafayeva və başqaları çıxış edərək müzakirə olunacaq mövzular ətrafında fikirlərini bildirmiş, konfransın işinə uğurlar arzulayıb. Sonra plenar iclasda müasir biologiya və kimyanın, o cümlədən üzvi və qeyri-üzvi kimya, biofizika və biokimyanın, botanika, aqroekologiya, eləcə də mikrobiologiya elminin aktual problemlərindən bəhs edən məruzələr dinlənilib.

Konfrans iki gün davam edəcək.



QafqazPRESS.az
banner125x125 banner125x125