Əməkdar artist: "Artıq hər an ölümü gözləyirəm"
Musiqili Teatrın aktrisası, əməkdar artist Xanım Qafarovanın səhhəti kəskin pisləşib
Milli.Az xəbər verir ki, xərçəngdən əziyyət çəkən aktrisa lent.az-ın suallarını cavablandırıb:
- Səhhətinizlə bağlı sual verməyim düzgün olmazdı...
- Düzgün vurğuladın. Hər dəfə deyirəm ki, yaxşıyam. Amma bu dəfə deyə bilməyəcəm. Səsimi, harayımı duysunlar, çox pisəm. Demək olar ki, hər gün ölümlə üz-üzə qalıram. Yemək yeyə bilmirəm. Ayaqlarım da şişib.
- Müalicələriniz nəticə vermir?
- Yox, hər gün daha da pisləşirəm. Bu gün də çox pisəm. Özünüz də görürsünüz ki, necə danışıram. Gərək Allah bu halımı sevənlərimə göstərməzdi. Axı mən həyatı sevirəm? Daim həyatla mübarizə aparmışam. Görünür, indi gücüm də tükənib. Allah heç kəsə mənim günümü göstərməsin.
- Bəs ev şəraitində müalicə almağınız çətin deyil ki?
- Çətindir. Daha bundan o tərəfi yoxdur. Həkimlər gəlib-gedirlər. Mənə qan köçürülür ki, qanım qalxsın, amma qalxmır. Yemək də yeyə bilmirəm. Yalnız su içirəm. Artıq nə edəcəyimi də unutmuşam. On beş, iyirmi gün olar ki, hamıyla telefon əlaqəni də kəsmişəm. Televiziyalar gəlib çəkirdilər, sağ olsunlar. Amma mənə kömək edən tapılmır. Azərbaycanda olunan müalicələrim yetərsizdir. Dərdimə əlac İsraildədir. Amma bunun üçün maddi dəstəyim yoxdur. Sizin vasitənizlə imkanı olan insanlara səslənirəm, mənə yardım etmək istəyirsinizsə, (050) 3581112 və 3270858 nömrələrlə əlaqə saxlayın. İnanırsınız, bu sözləri demək mənə nə qədər ağırdır. Xəcalət çəkirəm. Amma övladıma görə, bu müraciəti elədim. O, bu dünyada tək qalmasın. Hələ balacadır. Artıq hər an ölümü gözləyirəm. Yerimdən tərpənə bilmirəm. Qızımı da bağçaya qoymuşam ki, birdən öldüm, ölümü görüb, psixoloji travma almasın.
- Sizi çox yormaq istəmirəm. Danışmağa çətinlik çəkirsiniz. Əlavə deyəcəyiniz varmı?
- Yox, əlavə sözüm yoxdur. Amma bir arzum var. Allah elə etsin ki, həyatda son anlarımı övladım görməsin. Ölmək də istəmirəm. Bunu dilim deyir, amma...Nə isə artıq danışmayım. Əlacsız olan yerdə göz yaşlarım hər şeyi deyir.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR