» » Əməkdar artist: "Mənim ailə quracağımı kimsə bilməyəcəkdi"

Əməkdar artist: "Mənim ailə quracağımı kimsə bilməyəcəkdi"

Müəllif: Sevinc Novruzova
//
Tarix: 20 iyun 2014
//
Bölmə: Şou-biznes
Əməkdar artist: "Mənim ailə quracağımı kimsə bilməyəcəkdi"


Əməkdar artist Sevda Ələkbərzadə "Bizim gün" verilişində yeni qurduğu ailəsindən danışıb
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni şəxsi həyatı haqqında yazılanlardan narahat olduğunu deyib:

“22 ildir, sənətdəyəm. Heç vaxt şəxsi həyatımla bağlı açıqlama verməmişəm. Hər zaman çalışmışam ki, işimlə gündəmdə olum. Toyumu da gizli etmək istəyirdim. Mənim ailə quracağımı kimsə bilməyəcəkdi. Bu xəbər istəmədən mediaya sızdı, yazdılar. Amma gördüm ki, insanlar mənfi fikir bildirmirlər. Hamı, ən az, mənim qədər sevinirdi. Bu da mənə təsəlli oldu”.

Xatırladaq ki, Sevda Ələkbərzadə Kamyar adlı cənubi azərbaycanlı ilə ailə qurub.



QafqazPRESS.az
banner125x125 banner125x125