İan Peart: "Azərbaycan muğamı bütün dünyaya səs salıb"
"Azərbaycan muğamı bütün dünyaya səs salıb. Qəbələ festivalı rəngarəng musiqi proqramları ilə mədəniyyətlərarası dialoqa öz töhfəsini verir".
Bu sözləri VI Qəbələ Beynəlxalq Musiqi Festivalını izləyən Avropa Azərbaycan Cəmiyyətinin layihə meneceri britaniyalı İan Peart AzərTAc-a müsahibəsində deyib.
Azərbaycanda bir çox gözəl yerlərin onu valeh etdiyini bildirən İ.Peart Bakının möhtəşəmliyinə heyran qaldığını xüsusilə vurğulayıb.
Gəzməli yerlərimizin hər kəsdə yaxşı təəssürat yaratdığını qeyd edən qonaq insanlarımızın çox mehriban və qonaqpərvər olduğunu diqqətə çatdırıb. O, sözünə davam edərək deyib: “Azərbaycana tez-tez gəlirəm. Bu dəfə səfərimin müddətini daha bir həftə uzadaraq Qəbələyə gəldim. Gözəl atmosfer, təmiz hava, təbiət, meşə insana fərqli təsir bağışlayır. Bu füsunkar ərazilərə yenidən səyahət etmək istərdim. Bu dağların başındakı duman məni həqiqətən öz möhtəşəmliyi ilə heyran etdi. Bu ərazidə musiqi insanı məxsusi cəlb edir. Açıq havada təşkil edilən konsertlərə, Vyana Akademik Orkestrinin ifasına və digər musiqiçilərin çıxışlarına heyran qaldım. Tanınmış pianoçu Oksana Yablonskayanın təqdim etdiyi konsert isə həqiqətən möhtəşəm idi”.
Azərbaycan xalçalarına vurğunluğunu dilə gətirən qonaq vətəninə dönərkən xalqımız məxsus milli xüsusiyyətləri özündə əks etdirən xalçalardan alaraq aparacağını söyləyib.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR