» » Oqtay Əsədov: "Azərbaycan Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri uğurla yerinə yetirir"

Oqtay Əsədov: "Azərbaycan Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri uğurla yerinə yetirir"

Müəllif: Sevinc Novruzova
//
Tarix: 22 may 2014
//
Bölmə: Sosial
Oqtay Əsədov: "Azərbaycan Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri uğurla yerinə yetirir"



Azərbaycan Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri uğurla yerinə yetirir. Trend-in məlumatına görə, bunu mayın 22-də Milli Məclisin sədri Oqtay Əsədov Avropa Şurasının baş katibi Torbörn Yaqlandın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə deyib.

Bu ilin mayından Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə 6 ay müddətinə ilk dəfə sədrlik etməsinə diqqəti çəkən O.Əsədov bunun ikitərəfli əlaqələrin inkişafına töhfəsini verəcəyini deyib.

Spiker qeyd edib ki, Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv olduğu müddətdə iki dəfə bu quruma sədrlik edib və ölkəmizin bu sahədə kifayət qədər təcrübəsi var: "Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə sədrliyini də yüksək səviyyədə həyata keçirməyə çalışacaq".

O.Əsədov Azərbaycanın beynəlxalq təcrübələrə əsaslanan çox yaxşı qanunvericilik bazası olduğunu və bu sahədə Avropa Şurasının da daim ölkəmizə dəstək verdiyini qeyd edib.

Torbörn Yaqland Azərbaycanda çox sürətli inkişafın şahidi olduqlarını məmnunluqla vurğulayıb. Səfər çərçivəsində müxtəlif görüşlər keçirdiklərini deyən qonaq, xüsusilə "ASAN xidmət"in fəaliyyətini yüksək qiymətləndirib. Torbörn Yaqland vurğulayıb ki, ən müasir texnologiyalar əsasında fəaliyyət göstərən "ASAN xidmət" nadir bir təcrübədir və bu xidmət Avropa üçün yaxşı nümunə ola bilər.

Azərbaycan ilə Avropa Şurası arasında imzalanmış yeni fəaliyyət planının əhəmiyyətinə toxunan T.Yaqland bu sənədin gələcək əməkdaşlıq üçün çox geniş imkanlar açacağını vurğulamışdır.


QafqazPRESS.az
POPULYAR SON XƏBƏR GÜNDƏM DİGƏR
banner125x125 banner125x125