» » Çingiz xanın qonşu dövlətləri işğal eləməyinin sirri…

Çingiz xanın qonşu dövlətləri işğal eləməyinin sirri…

Müəllif: Xatirə Rəhimli
//
Tarix: 12 noyabr 2014
//
Bölmə: Mədəniyyət
Çingiz xanın qonşu dövlətləri işğal eləməyinin sirri…
Çingiz xan barəsində dünyanın bir çox ailmləri, tarixçiləri müxtəlif araşdırmalara imza atmaqla onun işğalçı siyasətinin səbəblərini, köklərini üzə çıxarmağa çalışıblar.
İddialarına görə XII əsrdə Monqolustanda keçən sərt şaxtalar əsasən heyvandarlıqla məşğul olan monqolların həyat şəraitini çətinləşdirib. Heyvanlar şaxtadan qırılıb. Bəziləri isə həmin dövrdə keçən quraqlığı əsas götürür. Monqolustandakı aclığa əsaslanan yüzlərlə fərziyyələr var. Eləcə də bizim araşdırmalarımız bu nəticələrə gətirib çıxarır.
Mən Azərbaycanda Çingiz xan barəsində ilk tarixi roman müəllifiyəm. Bu mövzuda apardığım araşdırmalar nəticəsində o dövrə aid çoxlu faktlarla, monqol adət-ənənələrinin qanunları ilə tanış oldum. Monqolların, bozqırın sadəcə bir qanunu olub, “hər nə istəsən sənindir, gücün varsa istədiyin qəbiləyə basqın edə bilərsən”.
Çingiz xan da bu qanuna uşaqlıqdan əməl eləməyə başlayıb. Belə ki, çox kiçik yaşlarda bir neçə dəfə mərkiklərin, tatarların qəbiləsinə basqın edərək onları işğal eləyib.
Haqsız da sayılmazdı, o dövrdə həyatda qalmaq, yaşamaq üçün güclü olmaq lazım idi. Monqollar ov ovlamaqla keçən ömürləri sayəsində, qəbilələr arasında gedən müharibələr nəticəsində bir döyüşçü kimi formalaşmışdılar. Və Çingiz xan Monqolustan xanı olandan sonra bu müharibələr artıq qəbilələr arasında yox dövlətlər arasında getməyə başladı.
Onun bir də özünəməxsus kəşfiyyat sistemi vardı. Hər hansı bir ölkəyə basqın etmədən əvvəl oraya ticarət karvanı göndərilir, ordan məlumatlar əldə edilirdi.
Çin imperatorluğu Monqolustanın monqol qəbilələrinin gücünü bilirdi, ona görə də oranı öz nəzarəti altında saxlayırdılar. Dəstəklədikləri qəbilələrin böyüdüyünü görüncə başqa bir qəbiləni dəstəkləyib beləcə monqol qəbilələri arasında müharibəyə səbəb olurdular.
Onlar Çingiz xanın atası Tautayini də bir vaxtlar dəstəkləmişdilər. Daha sonra onu mərkiklərlə müharibəyə sürükləmişdilər, imperatorluq mərkikləri dəstəkləmişdi. Aradan iyirmi il keçəndən sonra mərkiklər qəbiləsi böyüyəndən sonra Çin imperatorluğu monqol xanı Toğrul xanı dəstəkləyərək mərkiklərlə müharibə şəraiti yaratmışdılar.
Çingiz xan da o dövrdə öz qəbiləsini yenidən ayağa qaldırmışdı. O atasının və qəbiləsinin qisasını almaq üçün Toğrul xanın yanında olmalıydı. Birləşib çinlilərin dəstəyi ilə mərkikləri, tatarların qəbiləsini darmadağın etdilər.
Heç kim onun qəbiləsinin qısa vaxtda böyüyüb, güclənib bütün Monqolustanı birləşdirəcəyinə inammasa da Çingiz xan bunu bacardı.
İlk dəfə o Cin İmperatorluğunu darmadağın elədi, sonra dünyanın fatehi olan Məhəmməd Şahini, Xarəzm xanlığını Yer üzündən sildilər. İran, Azərbaycan, Rusiya, Avropanı o dövrdə dünyaya meydan oxuyan Çingiz xan qırx ölkəni diz çökdürdü
Çingiz xan qonşu ölkələrə basqın eləməyinin sirri vardı.
Monqolustanda qəbilələr arasındakı qanun onu buna məcbur etməyə bilməzdi:
“gücün varsa hər şey sənindir”.
O da buna əsaslanıb ölkələri işğal eləməklə gücünə güc qatırdı.
Çingiz xanın türk mənşəli olduğunu iddia edən alimlər çoxdur. Mənim rastlaşdığım mötəbər tarixi mənbələrdə onun atası Esuqey Bahadır, anası Oelun eke, babası Baran Bahadır, atasının babası Kabul xan olub. Bu adların hər birisi Türk mənşəlidir. Ətrafda da Baykal gölü arasında oyratlar, Çunqariyada uyğurlar məskunlaşmışdılar. Uyğurların öz mədəniyyəti və yazısı vardı.
Mənim qənaətimə görə Çingiz xan türk olsaydı o Azərbaycanda, Tehranda, eləcə də Qarabağda, Gəncədə dəhşətli qətllər törətməzdi. Heç bir türk türkə qarşı belə amansız olmayıb. Əldə etdiyim mənbələrdəki amansız qətllər barədə oxuyandan sonra mən 1200-ci illərə qədərki o dövrü, yaşadığım Azərbaycanın acı tarixini, o günləri xatırlamaq belə istəmirəm!
CƏLALƏDDİN QASIMOV
Beynəlxalq Qaşqari Fondunun vitse-prezidenti,
tarixi romanlar yazarı
banner125x125 banner125x125