» » Çingiz Abdullayev Gəncə şəhərində oxucularla görüşüb

Çingiz Abdullayev Gəncə şəhərində oxucularla görüşüb

Müəllif: Sevinc Novruzova
//
Tarix: 30 aprel 2014
//
Bölmə: Ədəbiyyat
Çingiz Abdullayev Gəncə şəhərində oxucularla görüşüb


Dünya şöhrətli yazıçı Çingiz Abdullayev Avropanın 2016-cı ildə “Gənclər paytaxtı” seçilən Gəncə şəhərində oxucularla görüşüb. “Odlar yurdu” İB, Gəncə şəhər İcra Hakimiyyətinin, AYB-in təşkilatçılığı ilə baş tutan görüşdə şəhər ictimaiyyəti, gənclər, ali və orta təhsil müəssisələrinin, QHT və KİV nümayəndələri iştirak ediblərlər.

Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, görüşdə Çingiz Abdullayevin həyat və yaradıcılığına nəzər salınıb, onun əsərləri müzakirə olunub. Yazıçı öz həyat təcrübəsini iştirakçılarla bölüşüb. Tədbir maraqlı müzakirələr, sual-cavab, səmimi söhbət mühitində davam edib. Sonda imza mərasimi keçirilib, xatirə şəkilləri çəkdirilib.