PREZİDENT RAMİZ NOVRUZLA NƏ DANIŞDI? – AÇIQLAMA
Prezident İlham Əliyev Təzəpir məscidinin qarşısındakı yeni bağın və Füzuli küçəsi boyunca salınan Mərkəzi Parkın açılışından sonra sakinlərlə görüşən zaman xalq artisti Ramiz Novruzla həmsöhbət olub.
Qafqazpress.az xəbər verir ki, R.Novruz açıqlamasında bildirib ki, ölkə başçısı ilə görüşü ilə tam təsadüfi alınıb:
“Mən işdən çıxıb gedirdim, gördüm cənab Prezident gəlir. Uzaqdan seyr etmək istədim. Prezident uzaqdan məni gördü və yanına çağırdı. Teatrdakı vəziyyət barədə söhbət etdik.
Mənim ağlıma da gəlməzdi ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım məni adımla yanına çağıracaqlar. Birlikdə xatirə şəkli çəkdirdik.
Şəkil çəkdirəndə arxaya getmək istəyirdim, lakin onlarla birlikdə öndə durmağımı söylədilər. Mənim üçün bu qürurverici bir mənzərə oldu”.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR