» » Ərə getməmiş azərbaycanlı müğənni: "Övladım tələf oldu"

Ərə getməmiş azərbaycanlı müğənni: "Övladım tələf oldu"

Müəllif: Sevinc Novruzova
//
Tarix: 06 may 2014
//
Bölmə: Şou-biznes
Ərə getməmiş azərbaycanlı müğənni: "Övladım tələf oldu"


Müğənni-rəqqasə Sevda Sanəliyeva övladını itirdiyini etiraf edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə ATV telekanalında yayımlanan “Öz aramızda” verilişinə qonaq olan sənətçi özü danışıb:

“Övlad itkisi qadının başına gələ biləcək ən ağır, pis hadisədir. Üç-dörd il əvvəl olmuş bu hadisə haqqında heç vaxt danışmamışam. Övladım 6 aylığında tələf oldu. Depressiyaya düşdüm. Sənətdən uzaqlaşdım. Hər dəfə geri qayıtmağa çalışırdım, amma alınmırdı. Övladım qarnımda böyüyürdü, onu görmüşdüm, hiss etmişdim. Bu ağır itki idi”.

Qeyd edək ki, S.Sanəliyeva indiyədək ailə həyatı qurmayıb. Aparıcı Zaur Baxşəliyev isə Sevdanın yaxın günlərdə ərə gedəcəyi xəbərini verib.



QafqazPRESS.az
banner125x125 banner125x125