» » Sevda düyünü: ərə gedib, ya yox?

Sevda düyünü: ərə gedib, ya yox?

Müəllif: Sevinc Novruzova
//
Tarix: 27 iyun 2014
//
Bölmə: Şou-biznes
Sevda düyünü: ərə gedib, ya yox?



18:40

Müğənni Sevda Sanaliyeva haqqında gəzən şayiələrə son qoyub. Lent.az-a açıqlama verən müğənni bildirib ki, bir neçə gün öncə mətbuatda ailə qurması xəbəri yayılsa da, məlumat yanlışdır: “Artıq haqqımda çıxan şayiələrdən təngə gəlmişəm. Bir neçə sayt yazıb ki, guya mən ailə qurmuşam. Amma belə bir şey yoxdur. Bəzi media nümayəndələrindən rica edirəm ki, haqqımda hər hansı bir məlumatı yazmadan öncə onu dəqiqləşdirsin. Şəxsi həyatımın mediada müzakirə olunmasını istəmirəm. Bu, mənə xoş deyil”.


Müğənni bu şayiənin onun gəlinlik libasında yayılan şəkillərindən qaynaqlandığını da istisna etmədi: “Mətbuatda mənim gəlinlikdə şəkilim yayılıb. Bir çoxları artıq ərə getdiyimi yazır. Düşünürəm ki, şayiələr bu şəklə görə olub. Birincisi ərə getsəm, bunu mediadan gizli saxlayası deyiləm. Ancaq belə bir şey yoxdur İstəyirəm hər kəs bilsin ərə getməyim xəbəri şayiədən başqa bir şey deyil. Gəlinlikdə çəkilmiş şəkil isə mənim “Sus Bakım” adlı mahnımın klip çəkilişlərindəndir. Məhz həmin ekran işinə görə gəlinlik geyinmişdim”.

---------
10:31

Milli.Az xəbər verir ki, ötən gün media aləmindən xəbərsiz özünə "Vağzalı" çaldıran müğənni-rəqqasə Sevda Sanəliyevanın toyunun fotoları yayılıb.

Qeyd edək ki, toydan çəkilən ilk fotoları rejissor Nail Naiboğlu özünün İnstagram səhifəsində paylaşıb.

Xatırladaq ki, S.Sanəliyeva dünən haqqında çıxan toy xəbərini yalanlamışdı.




QafqazPRESS.az
banner125x125 banner125x125