Xatirə bacısı balasını xəstəxanalıq edən qadından danışdı
Ötən gün şəxsi səhifəsində bacısı oğlunu maşın vurması haqda xəbər verən müğənni Xatirə İslam hadisənin necə baş verməsindən danışıb
Milli.Az-a açıqlama verən müğənni bildirib ki, bacısı oğlu Əliyev İlham üç gün öncə Yasamal rayon ərazisində yolu keçmək istəyərkən qadın sürücü tərəfindən vurulub. Ancaq qadın sürücünü günahlandırmayan müğənni: "Allah göydən baxır. Kimisə günahlandırmaq istəmirəm", - deyib.
Xatirə İslam 6 yaşlı İlhamın vəziyyətinin hal-hazırda normal olduğunu bildirib, qeyd edib ki, bu məsələni çox şişirtməyə ehtiyac yoxdur: "Hadisədir, hamının başına gələ bilər", - deyərək bacısı oğluna şəfa dilədiyini və tezliklə ayağa qalxmasını istəyib.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR