» » Azərbaycanlı müğənni Batumini əlinə keçirəcək

Azərbaycanlı müğənni Batumini əlinə keçirəcək

Müəllif: Sevinc Novruzova
//
Tarix: 22 may 2014
//
Bölmə: Şou-biznes
[img=left]http://img.milli.az/358x266c/n/clickable/204433/04/3/269585.jpg[/img]



Müğənni Yaşar Cəlilov bir neçə gündür ki, Bakıdan kənardadır
O, Gürcüstanın Batumi şəhərinə yollanıb.

Müğənni Milli.Az-a açıqlamasında qonşu ölkəyə getməyinin səbəbini açıqladı: “Gürcüstana gəlməyimin səbəbi biznes məsələləri ilə bağlıdır. Üç gündür Batumidə bu barədə danışıqlar gedir. Biznesin hansı sahədə olmasını hələlik sirr saxlayıram. Təkcə onu deyə bilərəm ki, bu, Batumi şəhərini əhatə edəcək. Yəqin ki, bundan sonra bu şəhər də mənə doğma olacaq”.

Y. Cəlilov yaxın günlərdə Vətənə dönəcəyini bildirdi. O, dinləyicilərə və tamaşaçılara bir müddətdir uzərində işlədiyi layihəsini də təqdim edəcəyini dedi.

QafqazPRESS.az
banner125x125 banner125x125