Aygün Kazımova: "Mənə elə gəlir ki, onun qızıyam"
Xalq artisti Aygün Kazımova Türkiyənin “Habertürk” qəzetinə müsahibə verib
QafqazPRESS.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Hollivud layihəsindən, keçirdiyi əməliyyatlardan danışan xalq artisti özəl həyatı haqda maraqlı açıqlamalar verib. Kazımova müsahibəsində artıq ərə getməyəcəyini vurğulayıb:
“On doqquz yaşımda ana oldum. Yaxşı ki, o vaxt ana olmuşam. Yoxsa indi layihələrimdən vaxt tapıb ana ola bilməzdim. Qızımla iki bacı kimiyik. Bəzən mənə elə gəlir ki, mən onun qızıyam. Həyatda əsl sevgi qarşıma çıxmayıb.
Çıxsa da, artıq evlənməyəcəm. Sevgi münasibəti karyerama mənfi təsir göstərir. Sənətim ikinci plana düşür. Münasibətdə olduğum şəxs işimə qarışır, qısqanır. Mən səhnədə açığam. Elə geyinmə, belə geyinmə deyirlər. Məni qısqananda xoşbəxt olmuram. İstəyirəm, məni sevsinlər, amma mən sevməyim”.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR