Üzeyirlə Aygün Kazımovanın fantastik toy qiyməti

Müğənni: "Qonorarımıza gücü çatan olmayıb"
Canlı oxumaqdan uzaq qaçan, xalq artistlərindən belə, çox pərəstişkarı olan Üzeyir Mehdizadə yeni işlərindən danışıb.
Milli.Az anspress-ə istinadən xəbər verir ki, tamaşaçılarına sürprizlər vəd edən ifaçı xalq artisti Aygün Kazımovadan danışıb. ANS telekanalında yayımlanan "Şoubiz+" verilişinə açıqlama verən Üzeyir Mehdizadə sənət yoldaşı ilə yeni duet ifa edəcəklərini bildirib: "Aygün xanım ilə yeni duet oxuyacayıq. Mahnı artıq hazırdır, sadəcə olaraq vaxtının gəlməyini gözləyirik. Mövzu yenə də sevgidən olacaq".
Azərbaycandan kənarda artıq bir neçə dəfə konsert verən Üzeyir Bakı planlarından da danışıb. O, bu yaxınlarda paytaxtda tamaşaçılarının qarşısına çıxacağını deyib. Toylara getmək üçün yüksək qonorar tələb edən Üzeyir Aygün Kazımova ilə birlikdə toy aparmaq üçün toy sahiblərindən fantastik pul tələb edib: "Çox insan olub ki, Aygün xanımla birlikdə məni toyunda görsün. İstəyiblər ki, toylarında oxuyaq. Amma qiymətimiz bahadır. Toy yiyələri bu qiymətə razılaşmayıb. Qonorarımıza gücü çatan olmayıb".
Gənc ifaçı məbləği isə sirr olaraq saxlamağı üstün tutub.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR