» » Yaşar Cəlilov: “Mənə valideynlərim, ağsaqqal- ağbirçəklər baxır”

Yaşar Cəlilov: “Mənə valideynlərim, ağsaqqal- ağbirçəklər baxır”

Müəllif: Sevinc Novruzova
//
Tarix: 13 iyun 2014
//
Bölmə: Şou-biznes
Yaşar Cəlilov: “Mənə valideynlərim, ağsaqqal- ağbirçəklər baxır”
Yaşar Cəlilov: “Mənə valideynlərim, ağsaqqal- ağbirçəklər baxır”
Yaşar Cəlilov: “Mənə valideynlərim, ağsaqqal- ağbirçəklər baxır”
Yaşar Cəlilov: “Mənə valideynlərim, ağsaqqal- ağbirçəklər baxır”
Yaşar Cəlilov: “Mənə valideynlərim, ağsaqqal- ağbirçəklər baxır”




“Bu estafetdi. Bundan əvvəl yaradıcılıqda bizə dəstək olublar. Biz də bu yolun çığırını gedə biliriksə, demək onların borcunu veririk”. Bunu ATV telekanalının “Gündəlik” verilişində qonaq olan şair, əməkdar incəsənət xadimi Baba Vəziroğlu deyib. Müğənni Yaşar Cəlilovla verilişdə qonaq olan şair onunla yeni işbirliklərindən danışıb. B. Vəziroğlu Y. Cəlilovun ifasında musiqisi Kamal, sözləri özünə məxsus olan “Ulduzlu gecə” mahnısının da uğurlu alındığını bildirib.
Kompozisiyanı ifa edən Y. Cəlilov ilk dəfədir bu yaradıcı heytələ işbirliyi qurduğunu deyib: “Bu mahnının sevgidın olması ürəyimdən xəbər verdi. İnsanın ilk sevgisi anasından başlayır. Zamanla sevgilər böyüyür və bu sevgi üçün darıxdığın vaxtlar olur ”.
Y. Cəlilov aparıcı Mətanət Əliverdiyevanın onun efirilərdə az görnüməsi ilə bağlı sualını belə cavablandırıb: “Qalmaqala ehtiyacım yoxdur. Abır- həya yaxşı şeydir. Mənə valideynlərim, ağsaqqal- ağbirçəklər baxır. Həm də efirlərə çıxamq üçün dəstək də lazımdır”.
Verilişin ən maraqlı məqamı aparıcının müğənnini əməkdar artist İlqar Muradova bənzətməsi olub. Buna B. Vəziroğlu da münasibət bildirib: “Yaşar İ. Muradovu xatırladır. Onların səmimiyyəti, səhnədə duruşu, oxu tərzi bənzərdir”.



QafqazPRESS.az
banner125x125 banner125x125