Müğənni Baba Vəziroğluna qonaqlıq verdi

Tanınmış nəğməkar-şair Baba Vəziroğlu ilə müğənni Yaşar Cəlilovun əməkdaşlığı ailə dostluğuna çevrilib.
ANS PRESS-in məlumatına görə, ötən gün Y. Cəlilov şairi ailəsi ilə Mərdəkandakı bağ evinə qonaq dəvət edib. Hər iki ailə birlikdə maraqlı bazar günü istirahəti keçiriblər. Əməkdaşlığa səbəb olan teleaparıcı, Y. Cəlilovun prodüseri Vüsalə Kərimova şairlə müğənninin əməkdaşlığının daha bir mahnı ilə davam edəcəyini bildirib.
Xatırladaq ki, Y. Cəlilov sözləri B. Vəziroğlu, musiqisi Kamala (Kəmaləddin Heydərov) məxsus “Ulduzlu gecə” mahnısını ifa edib. Mahnı qısa zamanda dinləyicilər tərəfindən maraqla qarşılanıb.
QafqazPRESS.az
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR