» » Kənan M.M. boşanıb?

Kənan M.M. boşanıb?

Müəllif: Sevinc Novruzova
//
Tarix: 31 iyul 2014
//
Bölmə: Şou-biznes
Kənan M.M. boşanıb?



“Gedib anası-bacısından danışsın...”

11:47

“Yeni ulduz” mahnı müsabiqəsinin qalibi, müğənni Vüqar Muradovun şikayəti əsasında polis tərəfindən saxlanılan, ötən gün isə sərbəst buraxılan rejissor Kənan M.M. (Mahmudov) aznews.az-a açıqlama verib.

K. Mahmudov bu günlərdə ona dəstək olan dostlarına, jurnalistlərə, sənət yoldaşlarına təşəkkürünü bildirib.

Rejissor baş verənlər haqda isə geniş danışmaq istəmədiyini də söyləyib: “Mənə bu müddətdə dəstək olan hər kəsə təşəkkürümü bildirirəm. İstəmirəm hansısa jurnalist məndən incisin. Çünki xətirlərini çox istəyirəm. Amma bu hadisədən danışmaq fikrim yoxdur. İnanın ki, bezmişəm”.

Qeyd edək ki, V. Muradov şikayət ərizəsində K. Mahmudovun dostları ilə birgə onu və qardaşını döydüyünü iddia edib.

----------
11:32

Milli.Az xəbər verir ki, müğənni Vüqar Muradovun şikayəti əsasında həbs olunub, daha sonra azadlığa buraxılan rejissor Kənan M.M. (Mahmudov) həyat yoldaşı Aygün Şükürova ilə boşanması haqda yayılan məlumatlara münasibət bildirib.

Qafqazinfo-ya açıqlamasında rejissor yayılan məlumatların əsassız olduğunu və boşanmadıqlarını qeyd edib: “Boşanmamışıq. Onu deyən böyüyü ilə birlikdə qələt edir. Gedib anası-bacısından danışsın. Sözümü dedim, arxasında da durmuşam”.

Mahmudov həbs olunması ilə bağlı danışmaq istəmədiyini vurğulayıb: “Həbs olunmağım haqda heç vaxt danışmayacam. Çünki artıq o məsələni yaddaşımdan silmişəm”.

Qeyd edək ki, Kənan M.M.-in həyat yoldaşı Aygün Şükürovanın rejissorun həbs olunmasından xəbərsiz olduğunu bildirməsi cütlüyün boşanması haqda şayiələrin yayılmasına səbəb olub.



QafqazPRESS.az
banner125x125 banner125x125