HƏDDƏN ARTIQ SU IÇMƏK ÖLÜMƏ APARIR
Türkiyəli professor Mahmut Yavuz bildirib ki, həddən artıq və şüursuz şəkildə su içmək insanın orqanizmində tarazlığı poza bilir. Buna görə də, su bədən indeksi və sərf olunan kalori nisbətinə görə tələb olunan miqdarda içilməlidir.
Qafqazpress.az medicina.az-a istinadən xəbər verir ki, həkim bildirib ki, insan orqanizminin 60%-i, yəni təqribən 70 kq-lıq bir şəxsin 42 kq-ı sudan ibarətdir. Belə ki, bədənimizdə fırlanan qan dövranı ilə yanaşı, hüceyrələrin içində və toxumaların arasında da su mövcuddur. Yəni su insan üçün həqiqətən həyat mənbəyidir.
Göz yaşından ağız quruluğuna,beyin funksiyalarından dəriyə qədər demək olar ki, bütün orqanizm və orqanlarımız üçün su əhəmiyyətli təsirə malikdir. Lakin miqdarını düzgün təyin etmədikdə həm də orqanizm üçün təhlukəlidir.
Həkimin sözlərinə görə, son zamanlar xüsusilə pəhriz saxlayanlar arasında çox su içmə dəb halını alıb. Lakin bunun ciddi fəsadlarla nəticələnəcəyi heç kimi narahat etmir.
Həddindən artıq su içdiyiniz zaman, ürək çatışmazlığı ilə qarşılaşa bilərsiniz. Bundan əlavə, artıq su bədəndəki duzun azalmasına səbəb olur. Bunun isə beyində ödem və hətta ölümlə nəticələndiyi tibdə uzun zamandır məlumdur.
Mahmut Yavuz, sağlam bir insan gün ərzində bir litr su içərsə, kifayətdir deyə bildirib. Lazım olan digər bir litri isə insan gün içərisində yediyi qidalar vasitəsilə təmin etmiş olur.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR