Prezident bir sıra görüşlər keçirib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 28-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Misirin İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldini qəbul edib.
Dövlətimizin başçısı II Qlobal Açıq Cəmiyyətlər Forumunun təşkilinə verdiyi dəstəyə görə İsmail Serageldinə təşəkkürünü bildirdi. Forumun artıq beynəlxalq təsisata çevrilməkdə olduğunu vurğulayan Prezident İlham Əliyev tədbirin bundan sonra da uğurla fəaliyyət göstərəcəyinə ümidvar olduğunu dedi.
Öz növbəsində II Qlobal Açıq Cəmiyyətlər Forumunun yüksək səviyyədə təşkilinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldin Forumun qısa vaxt ərzində dünyada tanınmasının önəmini qeyd etdi.
Prezident İlham Əliyev aprelin 28-də həmçinin Belçika Krallığının keçmiş Baş naziri İv Letermi qəbul edib.
Keçmiş Baş nazir İv Leterm II Qlobal Açıq Cəmiyyətlər Forumunun yüksək səviyyədə təşkil olunduğunu və səmərəli müzakirələr aparıldığını məmnunluqla qeyd etdi. O, sürətli iqtisadi inkişafa görə Azərbaycanın nümunəvi bir ölkə olduğunu vurğuladı.
Azərbaycanda son illər bir sıra mühüm beynəlxalq tədbirlərin davamlı olaraq keçirildiyini bildirən Prezident İlham Əliyev II Qlobal Açıq Cəmiyyətlər Forumunun da ənənəvi xarakter alacağına ümidvar olduğunu qeyd etdi.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR