» » Sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq: DİN-dən RƏSMİ AÇIQLAMA - FOTOLAR

Sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq: DİN-dən RƏSMİ AÇIQLAMA - FOTOLAR

Müəllif: Səma Zərdablı
//
Tarix: 28 yanvar 2020
//
Bölmə: Sosial
Sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq: DİN-dən RƏSMİ AÇIQLAMA - FOTOLAR


Son günlər sosial şəbəkələrdə, xüsusən "İnstaqram" platformasında müəyyən ödəniş qarşılığında vətəndaşlara guya internet xidmətləri göstərən səhifələrin sayı artır.
Daxili İşlər Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, sosial şəbəkə hesablarına bu cür dələduzluq faktları ilə üzləşmiş şəxslər tərəfindən çoxsaylı müraciətlər daxil olur. Son günlər sosial şəbəkələrdə, xüsusən "İnstaqram" platformasında müəyyən ödəniş qarşılığında vətəndaşlara guya internet xidmətləri göstərən səhifələrin sayı artır.
Daxili İşlər Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, sosial şəbəkə hesablarına bu cür dələduzluq faktları ilə üzləşmiş şəxslər tərəfindən çoxsaylı müraciətlər daxil olur.
Belə səhifə adminləri izləyicilərinə sosial şəbəkə hesablarının parollarını qırmaq və ya başqa bir şəxsin mesajlarını izləmək kimi vədlər verir, bəzən də izləyici sayı çox olan səhifələri satışa çıxarırlar.
Hətta virtual məkanda fala baxmaq adı ilə də vətəndaşlarımızı aldadan şəxslər mövcuddur.
Odur ki, şəbəkə istifadəçilərinə belə məsələlərə diqqətli yanaşmağı, bu tipli elanları paylaşan şəxslərə heç bir ödəniş etməməyi və şəxsi məlumatlarını kənar şəxslərlə paylaşmamağı tövsiyə edirik.
banner125x125 banner125x125