» » Azərbaycan və İran media sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycan və İran media sahəsində əməkdaşlığı müzakirə edib

Müəllif: Sevinc Novruzova
//
Tarix: 19 iyun 2014
//
Bölmə: Siyasət
Azərbaycan və İran media sahəsində əməkdaşlığı müzakirə edib



İranda səfərdə olan Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bu gün İran Dövlət Televiziyasının rəhbəri İzzətullah Zərğami ilə görüşüb
Trend İranın İRİNN kanalına istinadən xəbər verir ki, görüşdə media sahəsində qarşılıqlı əməkdaşlıq muzakirə olunub.

İ.Zərğami jurnalistlərə açıqlamasında iki ölkənin KİV və media sahəsində əməkdaşlığının inkişafının vacibliyini vurğulayıb.

Media sahəsində texniki əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsi məsələsi də iki ölkə rəsmisinin görüşündə əsas müzakirə mövzusu olub.



QafqazPRESS.az