» » "WhatsApp"la bağlı XƏBƏRDARLIQ - Şəxsi məlumatlar ələ keçə bilər

"WhatsApp"la bağlı XƏBƏRDARLIQ - Şəxsi məlumatlar ələ keçə bilər

Müəllif: Səma Zərdablı
//
Tarix: 31 yanvar 2020
//
Bölmə: Sosial
"WhatsApp"la bağlı XƏBƏRDARLIQ - Şəxsi məlumatlar ələ keçə bilər


Telegram" messencerinin yaradıcısı "WhatsApp" tətbiqindən istifadənin səbəb olduğu təhlükələrdən danışıb.

Bu barədə RİA "Novosti" məlumat yayıb.
Pavel Durov qeyd edib ki, istifadəçilər tez-tez smartfonları dəyişdirərkən məlumatları ehtiyat nüsxə faylında saxlayırlar. Bu fayl şifrələnməmiş olduğu üçün təhlükəlidir.
O həmçinin əlavə edib ki, tətbiq qurucuları tərəfindən qəsdən yaradılan və təhlükəsizlik qüsurlarını aşkar edən proqramlar yazışmaların məxfiliyini aradan qaldırmaq üçün istifadə edilə bilər.
"Tərtibatçılar bu addımı hüquq mühafizə orqanlarının təzyiqi altında edirlər. "WhatsApp"da olduğu kimi gizli mənbə kodu olan tətbiqlərə etibar etməməyi məsləhət görürəm", - deyə Pavel Durov əlavə edib.
Qeyd edək ki, dünyanın ən varlı şəxsi sayılan "Amazon"un sahibi Jeff Bezosun telefonundakı şəxsi məlumatlar "WhatsApp"a göndərilən fayl vasitəsilə ələ keçirilmişdi.
POPULYAR SON XƏBƏR GÜNDƏM DİGƏR
banner125x125 banner125x125