Sosial ödənişlər üçün vahid kart tətbiq oluna bilər
Ölkədə sosial ödənişlər üçün vahid plastik kart tətbiq oluna bilər.
ANS PRESS-in məlumatına görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. O bildirib ki, bu gün dövriyyədə olan 5 milyona yaxın plastik kartdan böyük bir qismi pensiya, sosial müavinət, sosial yardım, qaçqınlar üçün ödənişlər üçün istifadə olunur: "Bu qədər kartın istifadəsi əlverişsiz olduğuna görə, təklif olunur ki, bütün sosial ödənişlər vahid kartla ödənilsin".
Qeyd edək ki, nazirlik hazırda ünvanlı sosial yardımların verilməsi üçün nəzərdə tutulan kartların dəyişdirilməsi üçün tender elan edib.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR