Azərbaycanlını saxta qeydiyyata salan şəxs məhkəmədə cavab verəcək
Rusiyanın Leninski rayonunun Ulyanovsk şəhərində Rusiya vətəndaşı azərbaycanlını saxta sənədlə qeydiyyata alıb.
Bu barədə Ulyanovsk vilayət Prokurorluğunun rəsmi saytında məlumat yayılıb.
Bildirilir ki, P. adlı şəxs Radişev küçəsində yerləşən mənzildə yeddi nəfəri saxta sənədlə qeydiyyata alıb.
Heç bir yerdə işləməyən həmin şəxs qeydiyyata aldığı digər altı nəfərin, əslində, harada yaşadığını bilmədiyini deyib.
Onun günahı sübuta yetirilərsə, barəsində üç il həbs cəzası təyin edilə bilər.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR