Bakı metrosunda pulsuz dəqiqələr - Sərnişinlər ödənişsiz olaraq stansiyalara buraxılıb
Bakıkart aparatlarında problem yaşandığı üçün sərnişinlər “Neftçilər” və “Qara Qarayev” metrostansiyalarında turniketlərdən ödənişsiz olaraq keçirilib.
Qafqazpress.az xəbər verir ki, bu barədə metropolitenin sözçüsü Bəxtiyar Məmmədov “qafqazinfo”ya bildirib. Onun sözlərinə görə, problem qısamüddətli olub və sərnişinlərin hərəkəti təmin olunub:
“Bakıkart aparatlarında qısamüddətli problem yaranmışdı.
Problem aradan qaldırılana kimi sərnişinlər ödənişsiz olaraq stansiyalara buraxılıblar.
Burada əsas məsələ sərnişinlərin rahat hərəkətini təmin etməkdir ki, onun üçün də hər şey edilib”.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR