İki əsrlik su dəyirmanı - VİDEO
Goranboyun Şadlı kəndində iki əsrə qədər yaşı olan dəyirman hələ də işlək vəziyyətdədir.
Baku TV xəbər verir ki, dəyirman təkcə kənd sakinlərinə deyil, müxtəlif bölgələrdən gələn insanlara da xidmət göstərir.
Dövrünün sayılıb seçilən şəxslərindən olan Şadlı İsgəndərə məxsus qurğunu hazırda onun nəvələri işlədir. Kürəkçaydan ayrılan suyun işə saldığı dəyirman 50 kiloqram buğdanı 1 saata üyüdür. İş prosesinə elektrik enerjisi sərf edilmir.
Sakinlər burada üyüdülən unun keyfiyyətli, bişirilən çörəyin isə xüsusi qoxuya malik olduğunu deyirlər.
Bölgədə yeganə olan su dəyirmanı tarixi abidə kimi də qorunub saxlanılır.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR