» » Cəmi beş yaşı olan park niyə xarabalığa çevrilir? - VİDEO

Cəmi beş yaşı olan park niyə xarabalığa çevrilir? - VİDEO

Müəllif: Səma Zərdablı
//
Tarix: 10 yanvar 2020
//
Bölmə: Sosial

Gəncə şəhərində beş ildir ki, istifadəyə verilmiş park baxımsız vəziyyətdədir.
Qafqazpress.az xəbər verir ki, Gəncə çayı ətrafında salınmış parkın skamyaları sınıb, işıqlandırma sistemi sıradan çıxıb.
Parkın natəmizliyi oradan keçən çaya da təsir edib. Çayın məcrasındakı zibillər antisanitar vəziyyət yaradıb.
Məsələ ilə bağlı parkın rəhbəri Kamil Quliyevlə əlaqə saxlasaq da, suallarımızı cavablandırmaqdan imtina etdi.
Qeyd edək ki, mərkəzdə yerləşən park ölkənin ikinci böyük şəhərinin yeganə bulvar kompleksidir.

banner125x125 banner125x125