» » "QADINSAN , GET BOZBAŞINI BİŞİR..." - MSK-nın rəsmi təmsilçisi qadın namizədə...

"QADINSAN , GET BOZBAŞINI BİŞİR..." - MSK-nın rəsmi təmsilçisi qadın namizədə...

Müəllif: Səma Zərdablı
//
Tarix: 13 mart 2020
//
Bölmə: Sosial
"QADINSAN , GET BOZBAŞINI BİŞİR..." - MSK-nın rəsmi təmsilçisi qadın namizədə...


Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Ülvi Mayılovun sədrliyi ilə 9 saylı Binəqədi ikinci Seçki Dairəsindən deputatlığa namizəd Günel Səfərovanın Mərkəzi Seçki Komissiyasına qarşı şikayətinə baxılıb...
Aktual.az xəbər verir ki, məhkəmə heç bir araşdırma aparmadan MSK üzvü Ramiz İbrahimovun tovsiyəsi ilə iddianın təmin olunmaması barədə qərar verib.
Qərar veriləndən sonra namizəd Günel Səfərova MSK üzvünə "Ramiz müəllim, verilən qərardan vicdanınız rahatdırmı?" sualını ünvanlayıb.
MSK rəsmisi Ramiz İbrahimovun cavabı hamını təəccübləndirib: "Niyə namizəd olmusan? Qadınsan, get bozbaşını bişir".
Günel Səfərovanın reaksiyası isə daha sərt olub: "Saxtakarlıq etməkdənsə, kaş bozbaşı siz bişirərdiniz. Sizin kimi "bozbaşlar" seçkini bu günə qoyub. Siz qadının yerini bozbaş bişirməkdə görürsünüz? Utanmırsınız qadınlara bu cür yanaşırsınız? Axı vitse-prezident qadındır!"
Hətta MSK təmsilçisinin bu cavabı hakimlərin də təəccübünə səbəb olub. Səhv etdiyini anlayan R.İbrahimov dərhal iclas zalını tərk edib
POPULYAR SON XƏBƏR GÜNDƏM DİGƏR
banner125x125 banner125x125