"Çimərliklərdə dəyişən heç nə yoxdur: Yenə də qarpızı yeyib, qabıqlarını atıblar"- Fazil Mustafa
Avqustun 5-dən Azərbaycanda çimərliklər fəaliyyətə başlayıb. Artıq hər kəs çimərliklərdəki sıxlıqlardan şikayətlənirlər. Çimərliklərə insanların kütləvi axını ölkə ərazisində koronavirusa yoluxanların sayını artıra bilərmi?
Bununla bağlı Sonxeber.az-a danışan deputat Fazil Mustafa bildirib ki, maarifləndirmə işləri gücləndirilməlidir:
"Maskasız gedib-gələnlər dərhal cəzalandırılmalıdır. İnsanlara təbliğ edilməlidir ki, karantin rejimi sərtləşməsin deyə qaydalara əməl olunsun. Əgər bunlar olmasa problem davam edə bilər. Karantin rejimi yenidən sərtləşə bilər. Hər halda bu istiqamətdə bacardığımızı etməliyik ki, insanlarımız qaydalara əməl etsin. Qaldı ki, çimərliklərin açılmasına məncə ehtiyac var idi. Yay aylarında insanlarımız çimərliklərdən istifadə etməlidir. Amma qayda yaratmaq çətindir. Mən özüm də çimərlikdəydim. Baxdım ki, dəyişən heç nə yoxdur. Yenə də qarpızı yeyib, qabıqlarını atıblar. Suyu içib butulkalarını yerə tullayıblar. Bir sözlə dəyişən heç nə yoxdur. Pandemiya bir az mədəniyyət məsuliyyəti ilə bağlı məsələdir. Hansı cəmiyyət ki, mədəni davranışlara daha tez riyaət edirsə onlar problemdən daha tez xilas oluna bilirlər. Çimərlik bir neçə gündür ki, açılıb. Yenidən köhnə mənzərənin şahidi oluruq, yenə o zibillik. Dəyişməyən çox şeylər var. Belə davam edərsə, insanlarımız qaydalara əməl etməsə yoluxanların sayı arta bilər".
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR